Ronaldonun qarşılaşdığı ən çətin rəqib: Nəfsə dərməyə də imkan vermirdi
Kriştiano Ronaldo karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb.
Aut.az xəbər verir ki, Ronaldo Premyer Liqada oynadığı dövrü qeyd edib.
“Bu illər ərzində Eşli Koul ilə gözəl matçlar keçirmişəm. O, nəfəsimi dərməyə də icazə vermirdi.
Koul formasının zirvəsində olanda çox cəsarətli, sürətli, mübarizədə sərt oyunçu idi. Ona qarşı heç vaxt asan oyun olmayacağını bilirdiniz”, – Ronaldo deyib.
Ronaldo Koulla Premyer Liqada karyerası ərzində “Mançester Yunayted”də oynadığı zaman qarşılaşıb. Eşli əvvəlcə “Arsenal”da, sonra isə “Çelsi”də çıxış edib.
Aut.az
