Tennis

Məşhur tennisçi sevgilisindən “sülh yolu” ilə ayrıldı – FOTO

Dəfələrlə “Böyük Dəbilqə” çempionu Naomi Osaka 4 ildən artıq münasibətdə olduğu reper Kordadan ayrıldığını açıqlayıb.

Sevgililər 2019-cu ildə görüşməyə başlayıblar və 2023-cü ilin yayında qızları dünyaya gəlib.

Aut.az xəbər verir ki, Osaka bu barədə sosial şəbəkədə yazıb.

Osaka mesajında ​​onların ayrılığının sülh yolu ilə, münaqişəsiz keçdiyini vurğulayıb və münasibətləri zamanı əldə etdiyi təcrübəyə görə minnətdarlığını bildirib: “Aramızda heç bir münaqişə olmayıb. O, gözəl insan və gözəl atadır. Düzünü desəm, yollarımızın kəsişməsinə çox şadam, çünki qızım həyatımda ən böyük nemətdir. Münasibətimiz sayəsində çox şey öyrəndim”, – tennisçi qeyd edib.

Məşhur tennisçi sevgilisindən “sülh yolu” ilə ayrıldı – FOTO

Aut.az