Əfsanəni qabaqladı
22 qat Böyük Dəbilqə çempionu, dünyanın keçmiş bir nömrəsi Rafael Nadal yarışda qələbələrin sayına görə dördüncü yerdə qərarlaşıb.
Aut.az xəbər verir ki, bu barədə “Opta” məlmat yayıb.
O, çexiyalı əfsanə İvand Lendlini qabaqlayıb. İspan tennisçi lider Cimmi Konnorsdan 205 qələbə geri qalır. Qələbə sayına görə tarixin ən yaxşı 5 tennisçisi aşağıdakılardır:
“İlk beşlik”də qərarlaşan tennisçilərdən yalnız ikisi karyerasını davam etdirir. Söhbət Nadalla yanaşı, Novak Cokoviçdən gedir.
1. Cimmi Konnors (ABŞ) – 1274 qələbə
2. Rocer Federer (İsveçrə) – 1251
3. Novak Cokoviç (Serbiya) – 1089
4. Rafael Nadal (İspaniya) – 1069
5. İvan Lendl (Çexiya) – 1068.
Xatırladaq ki, yanvarın 2-də Brisbendə (Avstraliya) keçirilən turnirin ilk tur matçında Rafael Nadal avstriyalı tennisçi Dominik Tim üzərində 7:5, 6:1 hesabı ilə inamlı qələbə qazanıb.
