Yoldaşlıq matçı dünyanın ən yaxşılarına milyonlar qazandırdı
Dünya reytinqinin lideri, ispan tennisçi Karlos Alkaras Koreyanın İnçon şəhərində keçirilən yoldaşlıq matçında dünya ikincisi, italiyalı Yannik Sinneri məğlub edib.
Aut.az xəbər verir ki, 1 saat 48 dəqiqə davam edən görüş Alkarasın 7:5, 7:6 (6) hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma qeyri-rəsmi xarakter daşıdığı üçün tennisçilərin rəsmi statistikasına daxil edilməyəcək.
“La Gazzetta dello Sport”un məlumatına görə, hər iki idmançı təxminən 2 milyon avro mükafat qazanacaq.
Hər iki tennisçi mövsümə rəsmi olaraq yanvarın 18-də start götürəcək Australian Open turnirində başlayacaq. Yannik Sinner hazırda turnirin son qalibi statusunu daşıyır.
Aut.az
