Tennis

Dopinqdə ilişib: Yediyi ətin qurbanı olub?

22 yaşlı braziliyalı tennisçi Nikolas Zanellato antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq yarışdan kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə Tennis Integrity Agency (ITIA) məlumat yayıb.

Dünya reytinqində 458-ci pilləyə yüksələn Zanellato, 25 iyun 2024-cü ildə İbaquedə (Kolumbiya) keçirilən “Challenger Series” turnirində boldenon anabolik maddə üçün verdiyi test müsbət nəticə verib.

ITIA qeyd edib ki, braziliyalının bədənində maddənin olduğunu təsdiqləyən B nümunəsi də açılıb.

Qeyd edək ki, Kolumbiyada ətin bu maddə ilə satıldığı iddia edilir. Robert Farah və Tara Mur kimi oyunçular əvvəllər də eyni səbəbdən cəzalandırılıblar. Zanellato problemin bununla bağlı olduğu barədə şikayət edib və rədd cavabı alıb.

Aut.az