Tennis

Əlavə edəcək başqa bir şey yoxdur – Atası ilə əməkdaşlığa son qoydu

“Böyük Dəbilqə”nin ikiqat finalçısı və dünya reytinqinin 88-ci pilləsində qərarlaşan yunan tennisçi Stefanos Tsitsipas atası Apostolos Tsitsipasla tərəfdaşlığına son qoyduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, SDNA Tsitsipasın sözlərini sitat gətirib:

“Yaşım artdıqca, 18 və ya 20 yaşlarımla müqayisədə atamla sabit iş münasibətləri saxlamaq bir o qədər çətinləşir. Düşünürəm ki, atamın bir şeyə, mənim isə başqa bir şeyə ehtiyacım var. Bunu gündəlik işimizdə hiss etdim. Düşünürəm ki, tamamilə fərqli bir şey axtardığım bir nöqtəyə çatmışıq.

Son vaxtlar atamın yanımda olması mənə rahatlıq hissi verdi, amma artıq bu, növbəti addımı atmağıma və karyeramda nəyisə dəyişməyimə kömək edəcək bir həll yolu deyil. Əlbəttə ki, mən onu çox sevirəm və ona yalnız ən yaxşısını arzulayıram, amma indi özüm və mənim üçün ən yaxşısı haqqında düşünürəm.

Düşünmürəm ki, bir daha əməkdaşlıq edəcəyik. Bu, çox həssas bir mövzudur. Uzun illər birlikdə səfərlərdə olduqdan sonra bu, bizim üçün asan deyildi. Amma indi bu barədə danışarkən, düşünmürəm ki, gələcəkdə bir daha əməkdaşlıq edəcəyik.

Öz qərarlarımı verməyə və karyerama görə məsuliyyət daşımağa başlamaq istəyirəm. Düşünürəm ki, atamın qardaşlarıma və bacılarıma, eləcə də gənc, perspektivli oyunçulara verəcəyi çox şey var – o, məhz buna diqqət yetirməlidir. İndi mənim başqa məqsədlərim var və düşünürəm ki, bunlar son vaxtlar işlədiyimiz tərzlə uyğun gəlmir.

Bunu heç bir valideyn, xüsusən də onun qəbul etməsi asan olmazdı. Oğlunuzla illərlə işləyib sonra birdən “dur” demək çətindir. Onun da bununla barışması üçün vaxt lazım olacaq.

İndi inanıram ki, o, artıq mənə əlindən gələni edib. Əlavə edəcək başqa bir şey yoxdur. Hər şeyi müzakirə etdik, hər şeyi təhlil etdik. İndi yeni biliklər, tennisə fərqli bir baxış bucağı və mənə yol göstərə biləcək və vacib karyera qərarları verməyə kömək edə biləcək birini axtarıram”.

Aut.az