Dünya futbolu

Vəkil açıqladı: UEFA və FİFA Rusiyaya güzəşt etməyəcək

İdman hüquqşünası Mixail Prokopets Rusiya futbolundan sanksiyaların yaxın gələcəkdə qaldırılacağına niyə inanmadığını açıqlayıb.

Aut.az xəbər veirr ki, o, Ukrayna ilə müharibə davam edəcəyi müddətdə cəzaların qüvvədə qalacağını bildirib:

“Mən aydın başa düşürəm ki, hərbi münaqişə aradan qalxmayınca, təcrid davam edəcək. Sanksiya kimidir. Onlar da bizim bankların üzərinə qoyulur. Onlar əbədi qalacaqlarmı? Məncə yox. Ancaq münaqişə bitənə qədər sanksiyalar olacaq. İdmanda da eynidir.

Beynəlxalq aləmdə hər kəs bir növ Rusiyasız yaşamağa vərdiş edib. Rusların sanksiya və qadağalarından sonra səma yerə enmədi. Dünya gördü ki, hər şey qaydasındadır – heç nə baş verməyib.

FİFA və UEFA bunu mütləq etməyəcək. Bəzi idman növlərində ola bilsin münasibətlər daha isti olur, ya da xüsusilə fərdi idman növlərində buna o qədər də diqqət yetirilmir. Stolüstü tennisdə qalib gəldiyimiz halları xatırlaya bilərsiniz. Futboldan fərqli olaraq, ictimaiyyətin diqqəti stolüstü tennisə o qədər də yönəlməyib. Ona görə də bəzi güzəştlərə əldə edə bildik.

Mən öz tərəfimdən heç bir istiləşmə görmürəm. RFU-dan olan həmkarlar bunu anlasalar, əla olar”.

Qeyd edək ki, FİFA və UEFA Rusiya təmsilçilərini bayrağı altında keçirilən yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb.

Aut.az