Dünya futbolu

Daha bir ulduz Ərəbistanı tərk etdi

“Arsenal”, “Barselona” və “Borussiya Dortmund”un sabiq hücumçusu Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubundan ayrılıb və azad agentə çevrilib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Obameyanqın müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə idi. Lakin tərəflər razılaşaraq əməkdaşlığa vaxtından əvvəl son qoyublar.

Əl-Qadisiyyə” hücumçunun maaşına qənaət etməklə daha gənc bir forvard transfer etməyi planlaşdırır. Obameyanqın isə Fransanın “Marsel” klubuna keçidi yaxın görünür.

Qabonlu forvard ötən mövsüm “Əl-Qadisiyyə”nin heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Obameyanq daha əvvəl “Borussiya Dortmund”, “Arsenal”, “Barselona”, “Çelsi”, “Sent-Etyen”, “Dijon”, “Lill” və “Monako” klublarında çıxış edib.

Aut.az

Экс-капитан Арсенала разорвал контракт с Аль-Кадисией