Tennis

Tarixin ən az qiymətləndirilən futbolçuları: Siyahıda Azərbaycan millisinin sabiq baş məşqçisi də var

“GiveMeSport” tarixin ən az qiymətləndirilən futbolçuları reytinqini açıqlayıb.

Aut.az xəbər verir ki, siyahının ilk pilləsində danimarkalı əfsanə Mikael Laudrup qərarlaşıb. “Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Tomas Müller siyahıda ikincidir. “İlk üçlüy”ü hazırda “Ayaks”da çıxış edən Yordan Henderson qapayıb.

“Onluq”da Azərbaycan futboluna yaxşı bələd olan sima da var. Söhbət milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçkidən gedir. Xorvatiya millisinin əfsanəvi üzvlərindən olan veteran futbolçu 5-ci sırada qərarlaşıb.

Tarixin ən çox qiymətləndirilən 10 futbolçusu:
1. Mikael Laudrup (Danimarka)
2. Tomas Müller (Almaniya)
3. Yordan Henderson (İngiltərə)
4. Dani Carvaxal (İspaniya)
5. Robert Prosineçki (Xorvatiya)
6. Frank Riberi (Fransa)
7. Serxio Buskets (İspaniya)
8. George Haci (Rumıniya)
9. Maykl Kerrik (İngiltərə)
10. Rudi Feller (Almaniya)