İngiltərə

Klubun taleyini dəyişə biləcək 3 futbolçu: Amorim siyahını təqdim etdi

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klub rəhbərliyi üçün 2025-ci ildə alınması vacib olan 3 futbolçunun siyahısını təqdim edib.

Aut.az xəbər verir ki, Amorim onları “klubun taleyini dəyişə biləcək” futbolçular hesab edir. Bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis bu siyahıya bu mövsümün sonuna qədər “Qalatasaray”ın icarəyə götürdüyü “Napoli”nin hücumçusu Viktor Osimhen, “Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo və “Sauthempton”un cinah oyunçusu Tayler Diblinqi daxil edib.

Bu futbolçuların hər üçünün alınmasının “Mançester Yunayted”ə 200 milyon avroya başa gələ biləcəyi vurğulanır.

Aut.az