“Barselona” MY-nin futbolçusunun transferindən imtina etdi
“Mançester Yunayted”in argentinalı vingeri Alexandro Qarnaço “Barselona”ya keçməyəcək.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 20 yaşlı futbolçuya agentlər tərəfindən müqavilə təklif olunub. Lakin İspaniya nəhənginin baş məşqçisi Hans-Diter Flik argentinalının “Barsa”ya gəlməsində maraqlı olmadığını bildirib.
Almaniyalı məşqçi Alexandroda kifayət qədər futbol səviyyəsi görmür. O, cinah oyunçusunun əqli keyfiyyətlərinə şübhə edir.
Aut.az
