Azarkeşlərə ümid: Məşhur klub satılır
İspaniyanın məşhur klubu “Valensiya” hələ də böhran vəziyyətindədir (cədvəldə sonuncu yer) və azarkeşlər uzun müddətdir aktivlərini satmaq tələbi ilə klub sahibi Peter Limə qarşı çıxmaqda davam edirlər.
Aut.az xəbər verir ki, klub prezidenti Lei Honq azarkeşlərə ümid verib və Limin aktivlərini satmağı düşünəcəyini bildirib.
“Lim klubu satışa çıxarmayıb, amma maraqlı təklif olarsa, onu nəzərdən keçirəcək. Tələsməyə lüzum yoxdur”, – Honq deyib.
Son mövsümlərdə klub davamlı olaraq xərcləri və maaşları azaldır. Maliyyə problemlərinə görə “Valensiya” ötən yay ukraynalı hücumçu Roman Yaremçuku saxlaya bilməyib.
Üstəlik, klub stadionun tikintisini başa çatdıra bilmir.
Aut.az
