İspaniya

Yenilənmiş “Kamp Nou”nun FOTOLARI

“Barselona” yenilənmiş “Kamp Nou” stadionunun görüntülərini dərc edib.

Aut.az xəbər verir ki, İspaniya klubu bir ildən çox davam edən yenidənqurmadan sonra dekabrda doğma arenasına qayıtmağa hazırlaşır. Yenidənqurma işlərinin təxmini dəyəri 1,5 milyard avrodur.

Yenilənmiş stadionun tutumu 99 354-dən 106 000-ə qədər artırılacaq. Arenanın bütün tribunaları qoruyan, açılan damı da olacaq.

Yenilənmiş "Kamp Nou"nun FOTOLARI Yenilənmiş "Kamp Nou"nun FOTOLARI

Aut.az