“Real” Dumfrisin transferini rəsmən açıqladı
“Real Madrid” rəsmi saytında “İnter”dən sağ cinah müdafiəçisi Denzel Dumfris ilə müqavilə imzaladığını açıqlayıb.
Aut.az xəbər verir ki, niderlandlı futbolçu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalanıb.
Daha əvvəl mediada 30 yaşlı oyunçunun transferi üçün 20 milyon avro ödənəcəyi barədə məlumat yayılmışdı.
Dumfris 2021-ci ilin yayından bəri “İnter”də oynayırdı. Bu müddət ərzində müdafiəçi bütün yarışlarda 207 oyun keçirib, 27 qol vurub və 28 məhsuldar ötürmə edib. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
Aut.az
