“Real” onun transferini açıqladı
“Real” “İnter”in sağ cinah müdafiəçisi Denzel Dumfrisin transferini rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, Madrid klubu ilə Niderland millisinin futbolçusu arasında 30 iyun 2030-cu il tarixinədək nəzərdə tutulan müqavilə imzalanıb.
30 yaşlı müdafiəçi ötən mövsüm “neradzurrilər”in heyətində 28 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, Denzel Dumfrisin hazırkı transfer dəyəri 25 milyon avro təşkil edir.
Aut.az
