Görün Levandovskini kiminlə müqayisə etdi
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Robert Levandovski ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonu müqayisə edib.
“O yaşda o səviyyədə oynayanda… Bir tərəfdən bu, fitnesdən asılıdır, digər tərəfdən isə özünə çox diqqət yetirir. Kriştiano Ronaldo kimi, o, heyrətamiz bədən quruluşuna malikdir. Robert əsl peşəkardır və optimal nəticələr əldə etmək üçün bütün amillərə nəzarət edir”, – “Goal” Flikdən sitat gətirib.
Bu mövsüm Levandovski bütün turnirlərdə 46 oyun keçirib, 40 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Aut.az
