“Real” hamını aldadıb: Onunla müqavilə hələ 5 il əvvəl uzadılıbmış
“Real” rəhbərliyi hələ 2018-ci ildə ukraynalı qapıçı Andrey Luninlə əmək müqaviləsini 2025-ci ilin yayına qədər uzadıb, lakin bunu ictimaiyyətə açıqlamayıb.
Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Kütləvi izləyicilərə isə qapıçının müqaviləsinin 2024-cü ilə qədər olduğu açıqlanıb.
Hazırda “Real”ın bir nömrəsi “ Çelsi”dən icarəyə götürülən Kepa Arrisabalaqadır . Rəhbərlik Tibo Kurtua sağaldıqdan sonra Kepanı almaq və ondan ikinci qapıçı kimi istifadə etmək variantını nəzərdən keçirib. Lakin Luninin cari mövsümdə nümayiş etdirdiyi yüksək oyun səviyyəsinə görə “kral klubu”nun rəhbərləri Arrisabalaqaya pul xərcləmək yox, ukraynalı qapıçıya güvənmək haqda fikirləşirlər.
Aut.az
