Təklif göndərdilər: Ya qəpik-quruşa razılaş, ya da…
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets klubdan müqavilənin müddətini uzatmaq təklifi alıb.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Mənbənin sözlərinə görə, bu halda 34 yaşlı futbolçunun maaşı 75% azalacaq – illik 30 milyon avrodan 7-8 milyon avroya düşəcək. Futbolçu bu təklifi qəbuul etməsə, komandadan ayrılmalı olacaq.
Serxio Buskets “Barselona”nın yetirməsi və hazırkı kapitanıdır. O, 2005-ci ildən klubun strukturundadır . O, əsas komandada 713 oyun keçirib.
Busketsin müqaviləsi mövsümün sonunda başa çatır.
“Barselona” yay transfer pəncərəsində yeni oyunçularla müqavilə bağlamaq istəsə, ilk növbədə komandanın ən yüksək maaş alan oyunçularından olan veteranlar Buskets və Jordi Albanın maaşını azaltmaqla məvacib büdcəsini kiçiltməlidir.
Aut.az
