İspaniya

Fürsətçi “Real” – “Barsa”nı baltalamaq üçün yığışırlar

İspaniya prokurorluğunun “Barselona”ya qarşı ittihamları ictimaiyyətə açıqlandıqdan sonra “Real” açıqlama yayıb.

Aut.az xəbər verir ki, “kral klubu”nun rəsmi saytında yayılan açıqlamada deyilir:

“Barselona Baş Prokurorunun “Barselona” klubuna və onun iki prezidentinə qarşı əsaslı korrupsiya şübhəsi ilə irəli sürdüyü ittihamların ciddiliyini, habelə klubun Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyra ilə əlaqələrini nəzərə alaraq, “Real”ın bu məsələ ilə bağlı əlavə tədbirlərlə bağlı qərar verməsi üçün sabah – bazar günü İdarə Heyətinin təcili iclası keçiriləcək”.

Aut.az