Seks qalmaqalları ümumilikdə dünya futbolunun, xüsusən də İngiltərə Premyer Liqasının media gündəminin əhəmiyyətli hissəsini müəyyənləşdirməkdə davam edir. Bu dəfə “Everton”un oyunçularından biri əxlaqsız davranışa görə diqqət mərkəzinə düşüb.
Bu barədə “OnlyFans”a Alissa Cey söyləyib. Onun sözlərinə görə, Premyer Liqa klubunun oyunçularından biri ona təhqiramiz mesajlar göndərib. Əvvəlcə sosial şəbəkələrdə şərh yazıb, ünsiyyət qurmağa başlayıb. Bundan sonra idmançı ondan çılpaq şəklini istəyib.
Onun sonrakı davranışını izah etmək daha çətindir. Rədd edilən “Everton” oyunçusu modeli təhqirlərlə “bombalamağa” başlayıb:
“Soruşdu ki, ona şəkil göndərəcəmmi? Mən imtina etdim. Sonra yazdı ki, “sən həqiqətən mənim kim olduğumu bilmirsən”? Özümü kim hesab etdiyimi soruşdu və ardınca iyrənc ifadələr yazmağa başladı”, – deyə Alissa “Mirror”a açıqlama verib.
Mühəndislik şirkətində layihə koordinatoru kimi çalışaraq “OnlyFans”dan əlavə pul qazanan model hesab edir ki, hər şeyə səbəb oyunçuların tez şöhrətlənməsidir: “Məncə, futbolçular hədlərini aşıblar”, – deyə Cey bildirib.
Alissa futbolu izləmədiyini, lakin kiminlə danışdığını sosial şəbəkələrdəki profilinə görə anladığını bildirib. O, belə halların tez-tez başına gəldiyini etiraf edir:
“İnsanlar şəkil istəyir və mən “xeyr” deyirəm. Amma onlar israr etməkdə davam edirlər. Bu fotoları ancaq “OnlyFans”dan pul ödəməklə əldə etmək mümkündür. Onlar bunun qarşılığını ödəyirlər. Bu işlə dolanmağım o demək deyil ki, xahiş etsəniz sizə foto göndərəcəyəm”.