Dörqat çempion məşq zamanı elə yerindən ağır zədə aldı ki…
Böyük Britaniyalı velosipedçi Kris Frum məşq zamanı yıxılaraq ciddi xəsarət alıb.
Aut.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Mişel məlumat verib.
Dörd dəfə “Tour de France” qalibi olan idmançıda ürəyi qoruyan perikard qişasının cırılması diaqnozu qoyulub.
“Bu, sadə sınıq deyil, daha ciddi bir vəziyyətdi. Hazırda hər şey qaydasındadır, lakin bərpa prosesi uzun çəkəcək. Bir müddət velosiped sürə bilməyəcək”.
40 yaşlı Frum dörd dəfə “Tour de France” (2013, 2015, 2016, 2017), 2018-ci ildə “Giro d’Italia” və 2017-ci ildə “Vuelta a España” yarışlarının da qalibi olub. O, həmçinin Olimpiya oyunlarında fərdi yarışlarda iki dəfə bürünc medal qazanıb (2012, 2016).
Aut.az
