İspaniya

“Barselona”nın ikinci hücumçu planı: 200 milyon qiyməti var

“Barselona” 2025-ci ilin yayında “Mançester Siti”nin hücumçusu Erlin Haalandı almağı planlaşdırı.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Robert Levandovskinin dincəlmək imkanı olması və matçların çox olması səbəbindən ikinci hücumçu axtarır. Ən yaxşı seçim isə norveçli forvard hesab olunur.

Haalandın “Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 200 milyon avro qiymətləndirir.

Qeyd edək ki, bu mövsüm 24 yaşlı norveçli futbolçu bütün turnirlərdə 22 oyun keçirib və 18 qol vurub.

Aut.az