İspaniya

Vinisius üzr istədi: Bəzən ehtirasım üstün gəlir

“Real”ın hücumçusu Vinisius Junior La Liqada “Barselona” ilə oyun zamanı davranışı ilə bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkələrində müraciət yayımlayıb:

“Real”ın bütün azarkeşlərindən üzr istəyirəm ki, “El-Klasiko” zamanı əvəzlənəndə düzgün reaksiya vermədim. Bu gün məşq zamanı etdiyim kimi, həmkarlarımdan, klubdan və prezidentdən də açıq şəkildə üzr istəyirəm.

Bəzən ehtirasım üstün gəlir. Həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Mənim rəqabətçi təbiətim klubum və onun simvolizə etdiyi dəyərlərə olan sevgimdən qaynaqlanır. İlk gündən etdiyim kimi, hər saniyə “Real” üçün mübarizə aparmağa davam edəcəyimə söz verirəm”.

Xatırladaq ki, Vinisius matçın 72-ci dəqiqəsində əvəzlənmişdi. Onun yerinə oyuna Rodriqo daxil olmuşu. O, Alonsonun bu qərarına hələ meydançada narazılıq ifadə etməyə başlayıb.

Cari mövsümdə hücumçu bütün turnirlərdə 13 matçda çıxış edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az