İspaniya

Qrizmannın “Atletiko”dan yalnız bu halda ayrılacaq

“Atletiko”nun hücumçusu Antuan Qrizmann “Atletiko” ilə La Liqada qalib gələnə qədər komandanı tərk etməyəcək.

Aut.az xəbər verir ki, bu barədə fransız futbolçunun agenti Andrea Orland məlumat verib:

“O, “Atletiko” ilə nəyin bahasına olursa-olsun La Liqanı qazanmaq istəyir.  Keçmişdə “Mançester Yunayted”lə müqavilədən imtina edib.O, gələcəyinə qərar verəcək, belə davam etsə, daha bir neçə il “Atletiko”da qalacaq”.

33 yaşlı Qrizmann 190 qol vuraraq Madrid klubunun bütün zamanların ən çox qol vuran oyunçusu olub.

Qeyd edək ki, bu mövsüm 35 xalla “Atletiko” La Liqada üçüncü pillədə qərarlaşıb.

Aut.az