Neymar DÇ-də olacaq? – Özü açıqladı
Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatında oynamaq istədiyini bildirib.
“Aydındır ki, Dünya Kuboku bütün oyunçuların məqsədidir. Mən artıq üç dəfə oynamışam və dördüncü dəfə oynamaq istəyirəm. Buna diqqət etməliyəm, yaxşı hazırlaşmalı və qayıtdıqdan sonra öz klubumda forma almaq üçün qarşıma ortamüddətli məqsəd qoymalıyam”, – “RMC Sport” Neymarın sözlərini sitat gətirib.
Xatırladaq ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal”a keçib. Futbolçunun əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt internet portalında verilən məlumata görə, hücumçunun bazar dəyəri 30 milyon avrodur.
Aut.az
