İngiltərə

“Siti” hərəkətə keçdi: Qış transfer pəncərəsi üçün 100 milyonluq plan

Gözlənilmədən ciddi böhranla üzləşən “Mançester Siti” qış transfer pəncərəsini aktiv şəkildə keçirmək istəyir.

Aut.az xəbər verir ki, “şəhərlilər” üçün prioritet satınalma “Bayer Leverkuzen”in 21 yaşlı yarımmüdafiəçisi Floryan Virtsdir. Baş məşqçi Pep Qvardiola onu şəxsən öz komandasında görmək istəyir.

“Siti” Virts üçün 100 milyon avro ödəməyə hazırdır. Lakin “Bayer” rəhbərliyi yarımmüdafiəçinin mövsümün ortasında gedişi ilə bağlı danışıqlardan qəti şəkildə imtina edir. İngilis klubunun bütün ümidləri yalnız oyunçunun özünə qalıb.

Qeyd edək ki, Almaniya millisinin üzvünün “Bayer” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Aut.az