Dünya futbolu

Futbolçu baş məşqçisinə hücum çəkdi: Qeyri-adi qərarına görə – VİDEO

Misir ikinci liqasında futbolda nadir rast gəlinən hadisə yaşanıb.

Aut.az xəbər verir ki, “Əl Mansura”nın futbolçusu Əhməd Abdel Vahed Şahin 69-cu dəqiqədə meydana daxil olub. 3 dəqiqə sonra baş məşqçi onu əvəzləmək qərarına gəlib.

Futbolçu oyundan çıxmaq istəməsə də, yenə də göz yaşları içində meydanı tərk edib.

Ahmed Abdel Vahed Şaheen ayrılarkən məşqçiyə nəsə deyib və tribuna otağına yollanıb. Lakin bir az sonra ehtiyat oyunçular skamyasına qaçaraq baş məşqçi Alaa Nuha hücum edib.

Aut.az