Messidən qol və qələbə şərhi: Getdik!
Bu gün, iyulun 22-də Fort Loderdeyldə (ABŞ) “İnter Mayami” stadionunda MLS+MX Liqa Kubokunun 1-ci turunda “İnter Mayami” “Kruz Asul”la qarşılaşıb.
Aut.az xəbər verir ki, Lionel Messi bu oyunda debüt edib.
Hektor Martinezin final fiti “İnter Mayami”nin 2:1 hesablı qələbəsini müəyyənləşdirib.
Qələbə topunu isə oyuna əlavə edilmiş 4-cü dəqiqədə möhtəşəm cərimə zərbəsi ilə məhz Lionel Messi vurub.
Görüş başa çatdıqdan sonra argentinalı debüt qolu və klubun qələbəsini şərh edib.
“Getdik!!! Mənim və bütün komanda üçün qələbə ilə başlamaq çox vacib idi. Davam edirik”, – hücumçu sosial şəbəkələrin birində yazıb.
