Dünya futbolu

2025-ci ilin “Qızıl top” yarışında lider dəyişdi

“GiveMeSport” 2025-ci ilin “Qızıl top” mükafatının əsas favoritlərinin reytinqini yeniləyib.

Aut.az xəbər verir ki, siyahının yeni lideri bu mövsüm Premyer Liqada 13 qol vuran və bombardirlərin yarışında birinci olan “Liverpul”un ulduzu misirli Məhəmməd Salahdır.

“Real”ın cinah oyunçusu Vinisus Junior ikinci yeri tutub. “İlk üçlüy”ü “Mançester Siti”dən Erlinq Haaland qapayır.

Dördüncü və beşinci yerlərdə “Barselona”nın liderləri – müvafiq oalraq Lamin Yamal və Robert Levandovski qərarlaşıb.

“GiveMeSport”a görə 2025-ci il Qızıl top üçün favoritlərin reytinqi

2025-ci ilin "Qızıl top" yarışında lider dəyişdi2025-ci ilin "Qızıl top" yarışında lider dəyişdi