Ərəblərdən Taysona fantastik təklif: Poldan revanşını al
Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx əfsanəvi Mayk Taysonu rinqə qaytarmaq istəyir.
Aut.az xəbər verir ki, o, Taysonun Ceyk Pola məğlubiyyətindən məyus olub. Türki Taysonun bütün gücünü göstərməsi üçün revanş oyunu təşkil etməyə hazırdır. Əl-Şeyx bu döyüş üçün əfsanəvi boksçuya 700 milyon dollar vəd edir.
Xatırladaq ki, noyabrda bloger Ceyk Pol Mayk Taysonu məğlub edib. “Dəmir Mayk” bununla peşəkar rinqdə yeddinci məğlubiyyətini alıb.
Aut.az
