Boks

Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Aut.az xəbər verir ki,  92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Xulio Sesar la Krusla (Kuba) ilə üz-üzə gəlib.

İkiqat olimpiya çempionu olan rəqibinə qalib gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.