Formula 1 tarixi treklə müqaviləni uzatdı
Formula 1 təqvimin ən tarixi yarışlarından biri hesab edilən İtaliyanın Montsa trassı ilə yeni müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, müqavilə 2031-ci il mövsümünə qədər qüvvədə olacaq.
Əvvəllər trekin özünün köhnəlmiş infrastrukturu və pərəstişkarlar üçün narahatlıq səbəbindən Montsanın yerini itirə biləcəyi qorxusu var idi.
Montsa trassı 1950-ci ildə qurulandan bəri hər il F1 yarışlarına ev sahibliyi edir. 1980-ci il mövsümü istisna olub. Həmin il trasın yenidən qurulduğu üçün bağlanıb.
Aut.az
