Formula 1

Valideynləri finalda onu tək buraxdılar: Hər şey bir az tərsinə getdi

“Red Bull”un pilotu Maks Ferstappen bildirib ki, valideynləri Yos və Sofi Ferstappen mövsümün finalına gəlməyəcəklər.

Aut.az xəbər verir ki, hazırkı dünya çempionunun sözlərinə görə, onlar Əbu-Dabiyə gəlmək planlarını hələ Niderland Qran-prisindən sonra ləğv ediblər:

“Valideynlərim burada deyil. Atam Afrikada ralli yarışı ilə məşğuldur, anamın isə, düşünürəm ki, gəlmək planı yox idi. Mən də titul uğrunda mübarizənin sonadək davam edəcəyini planlaşdırmırdım, amma baxın, buradayıq! Zandfortdan sonra hər şey bir az tərsinə getdi, desəm, yanılmaram. Anam evdədir, itlərlə xoşbəxtdir. Onsuz da çox şeyi televizordan izləmək olur.

Onlar bilirlər ki, sükan arxasına keçəndə maksimum gücümü ortaya qoyuram. Onlarla başqa mövzularda danışıram. Onların məni motivasiya etməsinə ehtiyac yoxdur, bu, işləmir. Əlbəttə, hər zaman məni dəstəkləyiblər və anam hər yarış həftəsonundan əvvəl şam yandırır. Düşünürəm ki, sadəcə oğullarına güvənirlər!”

Aut.az