FİFA bu milliyə Rusiya ilə oynamağa icazə vermədi
Burkina Faso millisi Rusiya ilə yoldaşlıq oyunu keçirə bilməyəcək.
Aut.az xəbər verir ki, buna FİFA-nın Afrika təmsilçisinə qadağa qoyması səbəb olub. Burkina Faso Futbol Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kader Traore bu barə danışıb:
“Federasiyamızın baş katibinin sözlərinə görə, hazırda Rusiya millisi ilə oynamaq çətindir. Çünki FİFA bu oyuna görə federasiyamaıza qarşı cəza tədbirləri görəcək”.
Aut.az
