Tarixə düşdü, amma onu ötə bilmədi
2026-cı ilin Çin Qran-prisində “Mercedes”in italiyalı pilotu Kimi Antonelli karyerasında Formula 1-də ilk qələbəsini qazanıb.
Aut.az xəbər veirrk i, 19 yaşlı sürücü poul mövqeyindən start götürərək liderliyi finişə qədər qoruyub və çempionat tarixində 116-cı qalib olub.
Bu uğur sayəsində Antonelli Formula 1 tarixində yarış qazanan ən gənc ikinci pilot olub – onun yaşı 19 il, 6 ay və 18 gün idi. Ondan daha gənc yalnız Maks Ferstappen olub. O, 2016-cı ildə İspaniya Qran-prisini 18 il, 7 ay və 15 yaşında qazanmışdı.
İkinci yeri onun komanda yoldaşı Corc Rassel tutub, üçüncü isə “Ferrari” pilotu Lyuis Hemilton olub. Bu Hemilton üçün Skuderiya heyətində ilk podiumdur.
