Slot Salahın ittihamına cavab verdi: Razı deyiləm
“Liverpul”un baş məşqçisi Arne Slot Məhəmməd Salahın müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.
Aut.az xəbər verir ki, futbolçu yeni müqavilə təklifinin olmamasından məyus olduğunu bildirib.
“Mənə Salahın sözlərini dedilər, amma onunla razı deyiləm. Mənim fərqli baxış bucağım var. Klub danışıqların təfərrüatlarını açıqlamır, daha doğrusu, bu barədə şərh verə bilmərəm.
Salah meydançaya çıxır və yaxşı oyun göstərir. Biz ona arxalanırıq.
Düşünmürəm ki, bu, diqqəti yayındırmalıdır. O, “Sauthempton”a qarşı çox yaxşı oynadı. Salah məşqdə işləyir və bütün diqqətini komandaya yönəldir. O, “Real”la oyuna hazırlaşır – hər şey qaydasındadır”, – BBC məşqçidən sitat gətirib.
Noyabrın 27-də Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Liverpul” “Real”la qarşılaşacaq.
Aut.az
