“Liverpul” Salaha niyə yeni müqavilə təklif etmir? – Səbəbi bəlli oldu
“Liverpul”un hücumçusu Məhəmməd Salah klubdan hələ də niyə yeni müqavilə təklifi almayıb.
Bu barədə futbolçu özü məlumat verib və mövsümün sonunda ayrıla biləcəyinə eyham vurub.
Aut.az xəbər verir ki, “Liverpul”un Salaha niyə yeni müqavilə təklif etmədiyinin səbəbi bəlli olub.
“TBR Football”un məlumatına görə, 32 yaşlı forvard yeni müqavilənin üç mövsümlük olmasını istəyir. Öz növbəsində, “Liverpul” bossları Salahın yaşını nəzərə alaraq potensial müqavilənin vaxtı ilə bağlı narahatdırlar.
Hazırda tərəflər təfərrüatları müzakirə edirlər. Tərəflər razılığa gələ bilməsə, Salah mövsümün sonunda azad agent kimi “Liverpul”u tərk edəcək.
Aut.az
