İngiltərə

“Liverpul” onu 1 aylıq itirdi

“Liverpul”un və Niderland millisinin müdafiəçisi Ceremi Frimpong zədələnib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

24 yaşlı futbolçu qasıqaltı vətərindən aldığı zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. O, yalnız milli komandaların sentyabr oyunlarından sonra geri dönə biləcək. “Liverpul” həmin fasilədən sonrakı ilk matçını sentyabrın 14-də Premyer Liqada “Bernli”yə qarşı keçirəcək.

Xatırladaq ki, Frimpong bu ilin yayında “Bayer”dən “Liverpul”a 40 milyon avroya transfer olunub. O, “qırmızılar”dakı ilk rəsmi oyununda – İngiltərə Superkubokunda “Kristal Pelas”a qarşı matçda qol vurmağı bacarmışdı.