Berardi ilə bağlı qərar verildi
İtaliya millisinin yarımmüdafiəçisi Domeniko Berardi “Sassuolo” ilə yeni müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya görə 31 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Sassuolo”nun heyətində çıxış edəcək. Berardi karyerasını tam şəkildə doğma klubunda keçirib. 2013–2015-ci illərdə “Yuventus”a məxsus olsa da, həmin müddətdə icarə əsasında yenə “neroverdi”nin heyətində oynayıb.
İtaliya millisinin formasında 27 matça çıxan Berardinin aktivində 8 qol var. O, “azzurri”nin heyətində Avro-2021-in qalibi olub.
Ötən mövsüm hücumçu B seriyasında 29 oyunda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxışı “Sassuolo”nun bir illik fasilədən sonra A seriyasına qayıtmasında mühüm rol oynayıb.
