Stalin haqda filmləri sevir: PSJ-nin ulduzundan şok etiraf
PSJ-nin vingeri Usman Dembele qeyri-futbol hobbilərindən danışıb.
“Sənədli filmlərə baxmağı sevirəm. Mən İkinci Dünya Müharibəsi, müxtəlif diktatorlar və bu kimi şeylərdən bəhs edənləri nəzərdə tuturam. Məsələn, Mobutu, ya da elə almanlar haqda, bir də Stalin. Mən belə filmlərə baxmağı çox sevirəm. Niyə? Bilmirəm, sadəcə xoşuma gəlir”, – Dembele deyib.
2024/25 mövsümündə 27 yaşlı Usman Dembele klub səviyyəsində 13 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.
Aut.az
