İtaliya

“Yuventus”da ciddi itki

“Yuventus”un hücumçusu Duşan Vlahoviç zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.

Aut.az xəbər verir ki, futbolçu Millətlər Liqasının altıncı turunun Danimarka ilə oyununda (0:0) zədələnib. Ulduz hücumçu 88 dəqiqə meydanda olsa da, narahat olduğu üçün oyunun sonlarında əvəzlənib.

Yaxın vaxtlarda futbolçu tibbi müayinələrdən keçəcək. Dusanın sol budunu zədələdiyi güman edilir.

Vlahoviçin noyabrın 23-də “Milan”la A Seriyasında keçiriləcək derbi oyunu buraxma ehtimalı yüksəkdir.

Duşan 2022-ci ilin yanvarından “Yuve”də çıxış edir. Bu müddət ərzində forvard klubda 117 oyun keçirib. Onun aktivində 50 qol və 10 məhsuldar ötürmə var.

Aut.az