Laurentis Konte ilə bağlı bu qərarı verdi
“Napoli”nin baş məşqçisi Antonio Konte cari mövsümün sonunda klubdakı fəaliyyətini davam etdirməyə bilər.
Aut.az xəbər verir ki, jurnalist Paolo Bardjicanın məlumatına görə, “partenopeylər”in prezidenti Aurelio De Laurentis italiyalı mütəxəssislə əməkdaşlığı uzatmağı planlaşdırmır. Bildirilir ki, klub rəhbərinin Konteyi İtaliya millisinə buraxmağa hazır olması ilə bağlı açıqlamaları da məhz bununla əlaqədardır.
Eyni zamanda, “Napoli”nin idman direktoru Covanni Manna da böyük ehtimalla yayda vəzifəsindən ayrılacaq.
Antonio Kontenin mümkün əvəzləyiciləri kimi Fabio Qrosso və Vinçenzo İtalyano göstərilir.
Aut.az
