Voleybol

“Neftçi” bürünc medala sahib çıxdı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

Aut.az xəbər verir ki, bürünc medal uğrunda görüşdə “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:17, 25:17, 25:13).

Beləliklə, “ağ-qaralar” ölkə çempionatında bürünc mükafata sahib çıxıb.

Saat 16:00-da final qarşılaşması baş tutacaq. “Xilasedici” və “Ordu” münasibətlərə aydınlıq gətirəcəklər.