Azərbaycanlı hakim Çempionlar Liqası matçına təyinat aldı
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib.
Aut.az xəbər verir ki, Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişilər arasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin matçını idarə edəcək.
O, “Melina Merkuri” arenada gerçəkləşəcək “Olimpiakos” (Yunanıstan) – “Quaquas” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Matçın ikinci hakimi funksiyasını polşalı Aqneşka Miçlik yerinə yetirəcək.
