Formula 1

Rosberqin investisiya fondunun kapitallaşması 100 milyon dolları ötdü

2016-cı ilin çempionu Niko Rosberq Formula 1-dən kənarda böyük uğur qazanıb.

Aut.az xəbər verir ki, “Rosberg Ventures” investisiya fondunun kapitallaşması 100 milyon dolları ötüb. Niko bu barədə sosial şəbəkələrdə məlumat verib.

“Ən böyük nailiyyət: “Rosberg Ventures”də idarə olunan aktivlər 100 milyon dolları keçdi!

Mən tərəfdaşlarımızdan aldığımız böyük dəstəyə görə çox minnətdaram. Birgə əməkdaşlığımızı səbirsizliklə gözləyirəm!” – Rosberq yazıb.

Rosberq səkkiz il əvvəl gözlənilmədən çempionatı tərk etməsinə baxmayaraq, hələ də vaxtaşırı Formula 1 yarışlarında ekspert kimi çıxış edir. Bundan əvvəl o, “Alpin” komandasında pay almaq təklifi aldığını demişdi.

Aut.az