Millətlər Liqası

“Araz-Naxçıvan” ın futbolçusu oynadı?

Moldova milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, Sergey Klesçenkonun rəhbərlik etdiyi kollektiv səfərdə Andorra ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Moldova millisində çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram bu görüşün iştirakçısı olmayıb. Futbolçu ehtiyatda qalıb.

4 oyundan sonra 9 xal toplayan Moldova yığması D Liqasının 2-ci qrupunun lideridir.