İrlandiya-İsrail oyunu bu ölkədə keçiriləcək – Azarkeşsiz
Millətlər Liqasında İrlandiya və İsrail arasında oyun oktyabrın 4-də Serbiyanın Baçka Topola şəhərində keçiriləcək.
Aut.az xəbər verir ki, İrlandiya Futbol Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oyun tamaşaçısız oynanılacaq.
Xatırladaq ki, təxirə salınmanın səbəbi irlandların təhlükəsizlik səbəbləri ilə UEFA-ya müraciət etməsi, eləcə də ölkənin radikal əhalisi olub.
Cavab matçı da neytral meydanda – Macarıstanın Debretsen şəhərində keçiriləcək. İrlandiya, digər məsələlərlə yanaşı, Fələstin münaqişəsini də əsas gətirərək İsrailin oyundan kənarlaşdırılmasını tələb edib.
Aut.az
