Millətlər Liqası

İrlandiya İsraillə oyunu başqa ölkədə keçirə bilər: Etirazlardan qorxurlar

Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Millətlər Liqasında İrlandiya -İsrail oyununun başqa ölkədə  keçirilmə ehtimalı artır.

Aut.az xəbər verir ki, bu barədə “Irish Examiner” qəzeti məlumat yayıb.

İrlandiya Futbol Assosiasiyası (FAI) ilə İrlandiya polisi arasında Brüsseldə keçirilən püşkatmadan sonra qeyri-rəsmi danışıqlar aparıldığı bildirilir.

Qeyd olunur ki, irlandlar Fələstinə rəğbət bəslədikləri üçün İsraillə iki matç keçirməkdən narazılıqlarını bildiriblər.

FAI, oyunçular tərəfindən kollektiv boykot olmadığı təqdirdə matçların keçirilməsinə sadiqdir, lakin İrlandiyadakı oyunda etiraz və nümayişlərin riski məkan seçiminə təsir göstərə bilər.

Səfər matçı ilə bağlı qərar futbol qurumlarının məsuliyyətindədir. İrlandiya təhlükəsizlik orqanları həmçinin ev matçının “təhlükəsiz mühitdə” keçirilməsini təmin etmək üçün əvvəlcədən təhlükəsizlik qiymətləndirməsi aparacaqlar.

Aut.az