Millətlər Liqası

Slovakiya Azərbaycanla oyun üçün heyəti açıqladı

Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tallində Estoniya, 8-də isə Koşitsedə Azərbaycan milli komandasına qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.

Qeyd edək ki, Slovakiya – Azərbaycan qarşılaşması sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında keçiriləcək.

Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrich Ravas;

Müdafiəçilər: Peter Pekarík, Michal Tomiç, Norbert Gyömber, Denis Vavro, Rubomír Şatka, Milan Şkriniar, Adam Obert, David Hancko, Samuel Kozlovsky;

Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokorny, Juraj Kucka, Ondrej Duda, Laszlo Benes, Tomas Rigo, Matuş Bero;

Hücumçular: Lukaş Haraslín, David Duriş, Leo Sauer, ubomír Tupta, İvan Schranz, Tomas Suslov, David Strelec, Robert Bozeník.