Bu 3 oyun Ançelottiyə göstərib ki…
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının La Liqanın yeni mövsümünə uğursuz başlamasından danışıb.
Aut.az xəbər verir ki, italyan mütəxəssis bu sözləri deyib:
“Mən xarakter və ya münasibət çatışmazlığı görmürəm. Bəzən sadəcə oynamaq üçün ən yaxşı yolu tapa bilmirsən. Oyunçulara aydınlıq gətirmək üçün strategiyamız haqqında daha açıq olmalıyam. Problem yarandıqda, həllini tapmağın məsuliyyətini məşqçi öz üzərinə götürməlidir. Mən bunu edəcəm.
Ötən mövsümün möhkəmliyini bərpa etmək bizim üçün çətindir, bu başa düşüləndir. Amma bəhanə axtarmırıq. Təqvim sıxdır və tez toparlanmalıyıq. Çünki bazar günü bizi daha bir oyun gözləyir. Çalışmalı və nail olmaq istədiklərimizə diqqət yetirməliyik. Xoşbəxtlikdən bu 3 oyun mənə yaxşı getməyən çox şey göstərdi. Onları düzəltməyin vaxtı çatıb”.
Qeyd edək ki, La Liqanın ilk 3 turundan sonra “Real” 2 heç-heçə edib və cəmi görüşdə qalib gəlib. Madrid klubu son olaraq “Las-Palmas”la bərabərə qalıb – 1:1.
